Üzrlü saysınlar, amma... - SEYRAN SƏXAVƏTİN 80 İLLİK YUBİLEYİNDƏ İZDİHAM YAŞANDI
VİDEO

Dövlət Akademik Filarmoniyasında yazıçı və şair Seyran Səxavətin 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə böyük izdiham müşahidə olunub.

 

Zalın tam dolmasına baxmayaraq, qonaqların axını davam edib. Yaranmış sıxlıq səbəbindən Filarmoniyanın əməkdaşları sonradan gələn qonaqların girişini məhdudlaşdırmaq məcburiyyətində qalıblar. Bu mənzərə yazıçı və şairə olan sevgi və hörmətin bariz təzahürü kimi qiymətləndirilir.

 

Yubiley tədbirində Baku TV-yə açıqlama verən Seyran Səxavət qapı arxasında qalan qonaqlara xüsusi təşəkkürünü bildirib.

 

"Ürəyim həm bu zaldakıların, həm də qapı arxasında qalanların hamısını özünə sığdırır. Görünür, bu zal mənim ürəyimdən bir az balacadır. Çöldə qalanlar bizi üzrlü saysınlar. Mən onlara demişdim ki, bir az tez gəlsinlər. Çünki buraya giriş biletlə deyil, dəvətnamə ilə idi. Buna baxmayaraq, özümü çox yaxşı hiss edirəm. Çöldə qalanların da nə vaxtsa xəcalətindən çıxarıq", - deyə o vurğulayıb.


 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.