Toğanalı–Kəlbəcər–İstisu yolunda qar uçqunu: HƏRƏKƏT MƏHDUDLAŞDIRILDI
VİDEO

Bu gün günorta saatlarında Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun Murovdağ ərazisindən keçən hissəsində qar uçqunu qeydə alınıb və nəticədə yolun hərəkət hissəsi 10–15 metr hündürlükdə qar kütləsi ilə örtülüb.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

 

Qeyd olunub ki, hazırda yaranmış fəsadların aradan qaldırılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.

 

“Bütün aidiyyəti qurumlar baş vermiş hadisə ilə bağlı məlumatlandırılıb. Təhlükəsizlik baxımından Toğanalı və Kəlbəcər istiqamətlərində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Sözügedən istiqamətdə hərəkət edən sürücülərdən xahiş olunur ki, müvəqqəti olaraq Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər avtomobil yolundan istifadə etsinlər”, - deyə məlumatda qeyd olunub.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.