Quba-Qonaqkənd yolu sürüşdü: 25 YAŞAYIŞ MƏNTƏQƏSİ İLƏ NƏQLİYYAT ƏLAQƏSİ KƏSİLDİ
FOTO

Quba-Qonaqkənd yolu torpaq sürüşməsi ilə əlaqədar bağlanıb.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun 42-ci kilometrliyində baş verən sürüşmə nəticəsində dörd inzibati ərazi dairəsinə aid 25 yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib.

 

Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Tariyel İbrahimov bildirib ki, yolun təxminən bir kilometrlik hissəsi sürüşmə nəticəsində tamamilə dağılaraq keçilməz hala düşüb. Həmçinin ərazidəki elektrik, qaz və rabitə xətləri də sıradan çıxıb. Bu gün səhər saatlarından başlayan sürüşmə prosesi hələ də davam edir. Nəqliyyat əlaqəsi kəsilən kəndlərdə 11 mindən çox əhali yaşayır.

 

Əraziyə Quba Fövqəladə Hallar Komissiyasının və digər müvafiq dövlət qurumlarının nümayəndələri cəlb olunublar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.