
Paytaxtın Nizami rayonu ərazisində yerləşən avtoyuma məntəqələrindən birindən gecə saatlarında “Range Rover” markalı nəqliyyat vasitəsi qaçırılıb.
Senzor.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə çalışan 23 yaşlı R.Rzayev müəyyən edilərək saxlanılıb.
Qeyd edək ki, həmin şəxs sərxoş halda idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi də törədib.
Araşdırma aparılır.