Prokuror 70 kq qızılla saxlanılan polkovnik-leytenanta 7 İL HƏBS CƏZASI İSTƏDİ

İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədov barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

 

Prokuror Qəhrəman Məmmədovun verilmiş ittihamlarla təqsirli bilinməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 7 il azadlıqdan məhrum edilməsini istəyib.

 

Müdafiə tərəfinə son çıxışa hazırlaşması üçün vaxt verilib. 

 

Qeyd edək ki, Q.Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dakı  hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edib. O, İstanbul hava limanında saxlanılarkən çantasında ümumilikdə 10.391.970,08 manat dəyərində 70 kiloqramlıq qızıl külçələr aşkar edilib. Araşdırmalar nəticəsində həmin qızılların qaçaqmalçılıq yolu ilə müxtəlif ölkələr arasında daşındığı müəyyən olunub.

 

Q. Məmmədova Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə etməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yekun ittiham verilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.