DYP qeyri-iş günləri ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qeyri-iş günləri ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.

 

Senzor.az BDYPİ-yə istinadən bildirir ki, həftəsonu və bayramla əlaqədar qeyri-iş günlərində respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağı gözlənilir.

 

Xüsusilə turizm və istirahət bölgələrinə aparan yollarda təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsi hər bir hərəkət iştirakçısını məsuliyyətli olmağa çağırır. Sürücülərdən xahiş olunur ki, hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər: "Səhhətində problem olduğu halda, eləcə də yorğun, yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsinlər. Təhlükəsiz ara məsafəsini qorusunlar və riskli ötmə manevrlərindən çəkinsinlər. Yolda nizamlanma vasitələrinin tələblərinə ciddi əməl etsinlər. Səfərə çıxmazdan öncə nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirsinlər. Unutmayaq ki, təhlükəsiz səfər hər birimizin məsuliyyətli davranışından asılıdır".

 

Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərə səfərlər zamanı ehtiyatlı olmağı və yol hərəkəti qaydalarına ciddi riayət etməyi tövsiyə edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.