
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu yarımadada gecə 5-7°, gündüz 8-12°, Bakıda gecə 5-7°, gündüz 9-11° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5°, gündüz 9-14° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacaq.