
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, bununla belə, axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu yarımadada və Bakıda gecə 4-6°, gündüz 9-11° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın bölgələrində şimal və qərb rayonlarından başlayaraq, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5°, gündüz 9-14° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacaq.