Bakıda qadın ərini vurdu – HADİSƏ POLİS BÖLMƏSİNİN HƏYƏTİNDƏ OLMAYIB
YENİLƏNİB
Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin həyətində qadının həyat yoldaşını bıçaqlaması ilə bağlı yayılan informasiyalar həqiqətə uyğun deyil.
 
Senzor.az bildirir ki, bunu KİV-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyindən (DİN) bildiriblər.
 
Məlumatda deyilir ki, vətəndaş H.Nadirov DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək həyat yoldaşı J.Nadirovanın ona övladlarını göstərməməsi səbəbindən intihar edəcəyini bildirib. Daha sonra həmin şəxs polislər tərəfindən şöbəyə dəvət edilib. Orada onunla profilaktik söhbət aparılıb.
 
H.Nadirovun həyat yoldaşı J.Nadirova da polis şöbəsinə dəvət edilib.Onlara aralarında yaranan mübahisənin həlli üçün məhkəməyə müraciət etmələri tövsiyə edilib. Hər iki şəxs polis şöbəsinin inzibati ərazisini tərk edəndən sonra H.Nadirov təkrar polisə müraciət edərək qadının küt alətlə onun qol nahiyəsinə xəsarət yetirdiyi barədə şikayət edib. Hadisə şöbənin inzibati binasında və ya həyətində vaş verməyib. Daha sonra hər iki şəxs yenidən şöbəyə gətirilib onlarln izahatları alınıb. Hadisə ilə bağlı ekspertiza təyin edilib. Araşdırmaların yekunudan və ekspertizanın rəyindən sonra hadisəyə hüquqi qiymət veriləcək.
 
**00:56

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xətai Rayon Polis İdarəsi 34-cü polis bölməsinin həyətində qeydə alınıb.
 
Belə ki, həyat yoldaşı N. J. tərəfindən övladları ilə görüşməyə icazə verilməyən 1988-ci il təvvəlüdlü N.H. adlı şəxs çoxmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
 
Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları onu fikrindən daşındıraraq polis bölməsinə aparıblar.
 
Daha sonra 34-cü polis bölməsinin həyətində N.H. ilə həyat yoldaşı arasında mübahisə düşüb. Nəticədə qadın üzərində gəzdirdiyi bıçaqla ona kürək nahiyəsindən xəsarət yetirib.
 
Faktla bağlı araşdırma aparılır.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.