Sabah Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir.
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, martın 11-dən 12-nə keçən gecə bəzi ərazilərdə qısamüddətə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu yarımadada gecə və gündüz 4-7°, axşama doğru 3°-yə, Bakıda gecə və gündüz 4-6°, axşama doğru 3°-yə yaxın isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında da arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-5°, gündüz 6-10° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacaq.