
Senzor.az Nazirlər Kabinetinin Mətbuat Xidmətinə istinadən bildirir ki, Azərbaycan Respublikasının Baş naziri, AİH-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində 2021-ci ildə holdinqin görülən işlər barədə fəaliyyət hesabatı, üç portfel şirkətin - “Azər-Türk Bank” ASC, “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti” və “Təmiz şəhər” ASC-nin fəaliyyətinin diaqnostikasının nəticələri, portfel şirkətlərində Koordinasiya ofislərinin təşkili haqqında və digər cari məsələlər müzakirə edilib.
