
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, axşam bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu yarımadada və Bakıda gecə 2-4°, gündüz 5-7° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-4°, gündüz 4-7° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 15°-dək, gündüz 0-5° şaxta olacaq.