Martın 14-də Bakıda və Abşeron yarımadasında havanın tutqun olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Senzor.az Hidrometeoroloji Proqnozlar Bürosuna istinadən bildirir ki, havanın temperaturu yarımadada və Bakıda gecə 2-4°, gündüz 5-7° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 8-13°, gündüz 3-8° şaxta olacaq.