Bir müddət əvvəl istefa ərizəsi yazan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin AMEA-nın Rəyasət Heyətinə gəlmə səbəbi məlum olub.
AMEA-nın mətbuat katibi Azadə Balayeva oxu.az-a bildirib ki, o, akademiyanın həqiqi üzvüdür: “Onun oraya gəlməsində qəribə bir hal yoxdur. Məndə olan məlumata görə, Ramiz müəllim ötən gün şəxsi əşyalarını götürmək üçün AMEA-ya gəlib”.
Qeyd edək ki, ötən gün R.Mehdiyevin AMEA-ya gəldiyi və iclas keçirdiyi barədə məlumat yayılmışdı.
AMEA-nı tərk edən Ramiz Mehdiyev isəjurnalistlərin suallarını cavablandırmamış və xidməti avtomobilə minərək oradan uzaqlaşmışdı.
Xatırladaq ki, R.Mehdiyevin istefa ərizəsi fevralın 19-da AMEA-nın ümumi yığıncağında qəbul edilib.