
Bu barədə "Report"a rayon sakinləri məlumat veriblər.
Sakinlər bildiriblər ki, onlar bir müddət əvvəl Kürün rayon ərazisindən keçən hissəsində çayın suyunun tamamilə quruduğunun şahidi olublar: "Kürün Salyan rayonu ərazisindən keçən hissəsində çayın suyu tamamilə qurumuşdu. Çayın quruması isə rayon ərazisində su böhranı yaratmışdı. Martın 16-dan başlayaraq çayın qurumuş hissəsində suyun səviyyəsi qalxaraq 20-25 santimetrə qədər artıb".
Sakinlər suyun artmasını müxtəlif amillərlə izah ediblər.
Kürün Salyan hissəsində suyun səviyyəsinin artması ilə bağlı məsələyə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev aydınlıq gətirib. O bildirib ki, Kürün sözügedən hissəsində suyun səviyyəsinin qalxmasının əsas səbəbi Mingəçevir su anbarıdır: "Düzdür, son günlər ölkə ərazisində yağan intensiv yağışlar da suyun səviyyəsinin artmasına səbəb olur. Lakin həmin ərazidə suyun səviyyəsinin qalxması, anbardan buraxılan suyun həcminin 95 kubmetr/saniyəyə çatdırılması ilə bağlıdır”.