Bu gün, martın 18-də Bakıda və Abşeron yarımadasında yağıntılı hava müşahidə olunur.Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, bəzi yerlərdə duman da var. Mülayim şimal küləyi əsir.
Havanın temperaturu gün ərzində yarımadada və Bakıda 7-9° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında da yağıntılı hava müşahidə olunur. Bəzi yerlərdə qar yağır. Gün ərzində ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu 8-13° isti, dağlarda 0-5° şaxta olacaq.