Bakı-Gəncə qatarının hərəkəti sabahdan bərpa olunur – GEDİŞ HAQQI ARTIRILIB
19 mart tarixindən etibarən Bakı-Gəncə sürət qatarının hərəkəti bərpa olunacaq. 
 
Senzor.az bildirir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
 
Qeyd olunub ki, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə qatar gündəlik əsasda fəaliyyət göstərəcək. Bakıdan 08:00-da yola düşən və Gəncəyə 11:40-da çatan qatar həmin gün 18:00-da Gəncədən çıxacaq və 21:35-də Bakıda olacaq.
 
Gəncə istiqamətində yolda olma müddəti 3 saat 40 dəqiqə, Bakıya dönüşdə isə 3 saat 35 dəqiqə təşkil edəcək.
 
Bakı-Gəncə qatarına biletlərin satışına bu gündən start verilib. Bilet alışı zamanı yaşı 18-dən yuxarı olan sərnişinlərdən peyvənd sertifikatı, əks-göstəriş sertifikatı və ya immunitet sertifikatı tələb olunur. Sərnişinlər qatarda olarkən tibbi maskalardan istifadə etməlidirlər.
 
Yeri gəlmişkən, "Azərbaycan Dəmir Yolları" QSC Bakı-Gəncə sürət qatarında gediş haqqını artırıb.
 
Belə ki, gediş haqqı standart yerlər üçün 10 manatdan 20 manata, biznes yerlər üçün isə 25 manatdan 33 manata qaldırılıb.
 
“Gediş haqları beynəlxalq məsləhətçi şirkətlərin ADY-nin maliyyə dayanıqlılığının təmin edilməsinə dair tövsiyələrinə uyğun olaraq dəyişdirilib. Bundan sonra əldə olunan gəlir artsa da, yeni tariflər hesabına xərcin yalnız bir qismini ödəmək mümkündür. Bu gün ADY sərnişin daşımalarında yaranan zərəri yüklərin daşınması hesabına əldə etdiyi gəlirlərlə qarşılayır”, - deyə səhmdar cəmiyyəti bəyan edib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.