Azərbaycana yaz fəsli gəlib.
Senzor.az bildirir ki, yazın gəlişi bu gün saat 19:33-ə təsadüf edib. AMEA-nın N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, gecə ilə gündüz məhz bu zaman bərabərləşib
Qeyd edək ki, şimal yarımkürəsində yaz fəsli iyun ayının 21-ə qədər davam edəcək. İyunun 21-i saat 13:13-də onu Yay fəsli əvəz edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun Gündüz və ən qısa gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə, 36 saniyə olacaq.
Bəli, Azərbaycana yaz gəlib. Amma necə? Küləklə, yağışla, qarla... Bir sözlə, çoxdan görmədiyimiz və gözləmədiyimiz bir şəkildə... Ancaq neyləyə bilərik? Əsası odur ki, hətta belə soyuqda da qəribə bir ilıq nəfəs var-bahar nəfəsi...
Bayramınız mübarək!