
Senzor.az bildirir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Nəticədə 6682 əhali abonentinin qaz təchizatı dayandırılıb. Qısa müddət ərzində Şərəfə və Çaxırlı kəndlərində qaz təchizatı bərpa olunub. Hal-hazırda kəmərin sel suları altında qalması səbəbindən digər 8 kənddə ümumilikdə 4981 əhali abonentinin qaz təchizatını bərpa etmək mümkün olmayıb. Qaz təchizatında fasilə yaranan kəndlər bunlardır: Təzə Alvadı, Köhnə Alvadı, Binə Xojavar, Böyük Xojavar, Meşəkənar, Bambaşı, Tatyanoba, Güllütəpə.