İntensiv yağışlar Masallıda su altında qalan kəndlərin sayının artmasına səbəb olub.
Oxu.az xəbər verir ki, görüntülər sosial şəbəkədə yayılıb.
Videodan görünür ki, evləri su altında qalan kənd sakinləri evlərini tərk etməyə çalışırlar. Yollarda suyun səviyyəsi çox olduğundan nəqliyyat vasitələri suda qalıb.
Əraziyə cəlb edilən polis əməkdaşları sakinlərə köməklik göstərməyə çalışırlar.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, ötən gün Xaçmaz rayonunun Meşəli qəsəbəsində, Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində, Masallı rayonunun Köhnə Alvadı kəndində, Cəlilabad şəhəri və rayonun Göytəpə şəhəri və Təzəkənd kəndində müvafiq olaraq suçəkmə və təxliyə tədbirləri həyata keçirilib.
Həmin görüntüləri təqdim edirik: