Bakı-Qazax avtomobil yolunun Ağstafa rayonundan keçən hissəsində 2 avtomobil qəzası olub.
"Report"un məlumatına görə, ilk qəza "VAZ" və "Mercedes" markalı avtomobillərin toqquşması ilə baş verib. Hadisə zamanı Ağstafa rayon sakinləri - 1994-cü il təvəllüdlü E.Şəmmədov və Qazax rayon sakini, 1994-cü il təvəllüdlü A.Kərimov xəsarət alıblar. Onlardan biri Ağstafa Mərkəsi Rayon Xəstəxanasına, digəri isə Qazax Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Digər avtomobil qəzası isə Gürcüstan vətəndaşının idarə etdiyi "TIR" tipi yük avtomobilinin aşması ilə bağlı qeydə alınıb. Qəza zamanı avtomobilin sürücüsü, Gürcüstan vətəndaşı, 1963-cü il təvəllüdlü İvanaşvili Georgi Aleksandrovic xəsarət alıb. Ona ambulator yardım göstərilib.
Hər iki faktla bağlı araşdırma aparılır.