
Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 791 583 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 303 nəfər müalicə olunaraq sağalıb, 9 670 nəfər vəfat edib,aktiv xəstə sayı 610 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 695, bu günə qədər isə ümumilikdə 6 673 982 test icra olunub.