Lənkəranda sürücü piyadanı öldürərək hadisə yerindən qaçıb.
“Report”un xəbərinə görə, hadisə ötən gün rayonun Vilvan kəndi ərazisində baş verib.
Belə ki, gecə saatlarında yolda hərəkət edən avtomobilin sürücüsü yolda yıxılıb qalan şəxsin olduğunu görüb. Sürücü həmin şəxsin avtomobil vurması nəticəsində xəsarət aldığını ehtimal edib. Həmin şəxsi öz avtomobilinə qoyaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobil vurması nəticəsində dünyasını dəyişən şəxsin Viravul kənd sakini, 1965-ci il təvəllüdlü Maşallah Aydın oğlu Hüseynov olduğunu müəyyən ediblər. O, Vilvan kəndindəki restoranda aşbaz işləyirmiş. Hadisə isə mərhum işdən çıxıb evə gedərkən baş verib.
Hazırda qəzanı törətməkdə şübhəli bilinən sürücünün tapılması istiqamətində araşdırmalar aparılır.