Goranboyda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən kişi tutulub.
Senzor.az bildirir ki, bu barədə Goranboy Rayon Prokurorluğu məlumat yayıb.
Qeyd olunur ki, martın 24-də saat 14 radələrində 1985-ci il təvəllüdlü Məmmədova Əfsanə Faxrəddin qızının öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, eləcə də zəruri cinayət-prosessual hərəkətlər icra edilib.
Aparılan ilkin araşdırmalarla müəyyən olunub ki, 1977-ci il təvəllüdlü Mehman Süleymanov idarə etdiyi "Land Rover Discovery" markalı avtomobillə saat 13 radələrində rayonun Dəliməmmədli şəhərində yerləşən musiqi məktəbinin yaxınlığında öldürmək niyyəti ilə 1 ildir faktiki olaraq ayrı yaşadığı arvadı Əfsanəni vurub, daha sonra avtomobilində gəzdirdiyi mətbəx bıçağı ilə ona bir neçə kəsilmiş-deşilmiş xəsarətlər yetirib. Əfsanə Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Mehman Süleymanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, cinayətin törədilməsində istifadə olunmuş bıçaq sonuncudan götürülüb.
Müdafiəçinin iştirakı ilə dindirilən zaman Mehman Süleymanov törətdiyi əməli etiraf edib.
Hazırda iş üzrə istintaq davam etdirilir.