
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu yarımadada gecə 4-6°, gündüz 12-17°, Bakıda gecə 4-6°, gündüz 14-16° isti olacaq.
Atmosfer təzyiqi 768 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7°, gündüz 13-18° isti, dağlarda gecə 2-7°, yüksək dağlıq ərazilərdə 10° şaxta, gündüz 2-7° isti olacaq.