
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, bununla belə, axşama doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.
Havanın temperaturu yarımadada və Bakıda gecə 5-7°, gündüz 7-9° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq. Lakin səhər və axşam bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5°, gündüz 11-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 1-6° isti olacaq.