
Senzor.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən bildirir ki, nəticədə traktora maddi ziyan dəyib və hər hansı şəxs xəsarət almayıb.
Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
** 18:48
Ağdamda körpü-bina tikinti texnikası minaya düşüb.
APA-nın xəbərinə görə, hadisə yeni inşa edilməkdə olan Ağdam-Füzuli yolunun Ağdam rayonunun işğaldan azad olunmuş Yusifcanlı kənd ərazisindən keçən hissəsində baş verib.
Kürdəmir rayon sakini, 1991-ci il təvəllüdlü Məmmədov Xalid Asif oğlunun idarə etdiyi "LiuGong" markalı buldozer erməni hərbi birləşmələri tərəfindən basdırılmış minaya düşüb. Buldozer yararsız hala düşsə də, sürücü xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.