
Senzor.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bildirir ki, idarəyə paytaxt sakini, əvvəllər məhkumluq həyatı yaşamış Tərlan Səfərovda silah olması və onu satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.
Həmin şəxs əməliyyat nəticəsində tutularaq Polis İdarəsinə gətirilib. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Makarov” markalı atəş üçün yararlı tapança, həmin silaha məxsus daraq və 8 ədəd patron aşkar edilərək götürülüb.
Tərlan Səfərov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.

