
"Report"un məlumatına görə, hadisə Gəncə şəhəri ərazisində qeydə alınıb. Təcili tibbi yardım maşınının sürücüsü - Samux rayon Zazalı kənd sakini, 1972-ci il təvəllüdlü V. Süleymanov xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin kafi olduğu bildirilir.
Qeyd edək ki, qəza zamanı avtomobildə xəstə olmayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.