
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, daxili işlər naziri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib, önünə gül dəstəsi qoyub.

Qəbula gələn vətəndaşlar onlara göstərilən diqqət və qayğıya, yerlərdə davamlı olaraq belə qəbulların təşkilinə, dövlət qurumlarının rəhbərləri tərəfindən ərizə və müraciətlərinə operativ yanaşılmasına, həssas münasibətə görə ölkə Prezidentinə minnətdarlıq ediblər. Səfər çərçivəsində nazir DİN-in Daxili Qoşunlarının Lənkəranda yerləşən hərbi hissəsində də olub.

Daha sonra general-polkovnik V.Eyvazov Lənkəran ŞRPŞ-də bölgə üzrə polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

