Vüqar Səfərliyə qarşı daha bir məhkəmə iddiası qaldırıldı
Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərliyə qarşı daha bir məhkəmə iddiası qaldırılıb.
 
“Report”un əldə etdiyi məlumata görə, vətəndaş Bayram Qaraşov mülki iddia ilə Xətai Rayon Məhkəməsinə müraciət edib.
 
O bildirib ki, Səbail rayonu ərazisində inşa edilən jurnalistlərin binasında 2018-2020-ci illərdə fəhlə kimi çalışıb. Lakin B.Qaraşov çalışdığı, V.Səfərliyə məxsus şirkətdən rəsmi qaydada əməkhaqqı almayıb.
 
V.Səfərlinin həbsindən sonra məlum olub ki, B.Qaraşova işlədiyi şirkətdən rəsmi qaydada əməkhaqqı verilib.
 
“2018-2020-ci illərdə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərim 20 min manata yaxın olub. Bu gəlirdən vergi ödədiyimdən isə xəbərim olmayıb”, - iddiada göstərilib.
 
Mülki iddia hazırda hakim Şəhriyar Əliyevin icraatına verilib. Lakin işə nə vaxt baxılacağı hələlik məlum deyil.
 
B.Qaraşov məhkəmədən xahiş edir ki, onun mülki iddiası təmin olunsun.
 
Qeyd edək ki, V.Səfərli 2021-ci ilin yanvarında həbs edilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.