Göyçayda 11 600 abonent iki gündür susuz qalıb
Göyçay şəhər əhalisinə verilən içməli su tamamilə kəsilib.
 
APA-nın xəbərinə görə aprelin 1-də səhər saat 9  radələrində Göyçay şəhərinin bütün ərazisinə içməli suyun verilişi dayanıb, ümumilikdə 11 600 abonent susuz qalıb.
 
Məsələ ilə bağlı "Azərsu" ASC-nin Göyçay rayon Su-Kanal İdarəsindən bildirilib ki, yaz-yay fəslində əhalinin içməli suya olan tələbatının artmasını nəzərə alaraq və abonentlərin su ilə təminatında fasilələrinin yaranmaması üçün qabaqlayıcı tədbirlərə başlanılıb. Bu məqsədlə aprelin 1-2-də Göyçay şəhərinin şimalında, Nizami küçəsində yerləşən 4 min kub su tutumu olan anbarın bölgü idarəetmə sistemində təmir işləri aparılıb. İkinci rezerv (köməkçi) su xəttinin qoşulması üçün aparılan təmir işləri ilə əlaqədar 1 aprel səhər saat 9:00-dan 2 aprel saat 19:00-dək şəhərin bütün əhalisinə içməli suyun verilişi dayandırılıb. Suyun verilişində yaranan çətinliyə görə rayon su idarəsi tərəfindən bir gün öncə, martın 31-də əhaliyə su ehtiyatının götürülməsi ilə bağlı müraciət olunub.
 
İki gün ərzində su anbarınının bölgü idarəetmə sistemində aparılan təmir-bərpa işləri başa çatdırılıb, bu gün axşam saat 19 radələrində su anbarından Göyçay şəhərinə içməli suyun verilişinə başlanılıb. Hazırda 140 kilometr uzunluğu olan şəhər su xətti sisteminin su ilə doldurulması prosesi gedir. Bir az öncə şəhərin bəzi yerlərinə aşağı təzyiqlə su çatsa da, böyük hissəsinə içməli su gecə və səhər saatlarında çatacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.