Aprelin 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, havanın temperaturu yarımadada gecə 10-13°, gündüz 14-16°, Bakıda gecə 11-13°, gündüz 14-16° isti olacaq.
Atmosfer təzyiqi 753 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60% olacaq.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi şimal rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14°, gündüz 22-27°, dağlarda gecə 5-10°, gündüz 12-17° isti olacaq.