“Bakı-Quba yolu ilə getmək mümkün deyil. İnsanlar bu yolla getmək istəmirlər. Baş nazirə müraciət edirəm ki, bu yolun çəkilməsi üçün işlər görülsün".
Senzor.az bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.
"Mənə deyirlər alternativ yol, pullu yol çəkilir. Lakin bu yol əvvəlki yolu əvəz etmir. Çünki o yol birbaşa Xaçmaza və SDK-ya gedir. Baş nazirin və nazirlərin, müavinlərinin Qubada villaları var: Onlar həmin yolla gedəndə yolun vəziyyətini görmürlər? Ümumiyyətlə məsələ elədir ki, Prezidentə çıxmadan Azərbaycanda bir sıra məsələləri həll etmək mümkün deyil. Əgər dövlətin baş naziri, onun birinci müavini məsələni bilirsə, onu həll etmirsə, məcbur oluram ki, cənab Prezidentə müraciət edəm ki, bu yolun məsələsi həll edilsin”.