Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi və Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası, onların qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı birgə silsilə əməliyyatlar keçirilib.
Senzor.az DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadən bildirir ki, keçirilən tədbirlərlə 6 nəfər tutularaq məsuliyyətə cəlb edilib, ümumilikdə 17 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb.
Daxil olmuş məlumat əsasında rayonun Bığır kəndində polis əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən keçmiş məhkum Azad Cəlilov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahədəki istixanada, pomidor şitillərinin arasında aqrotexniki qulluq göstərməklə yetişdirdiyi 269 ədəd çətənə bitkisi, eləcə də 200 qramdan artıq qurudulmuş marixuana qablaşdırılaraq maddi sübut kimi götürülüb.
Keçirilən digər əməliyyat tədbiri nəticəsində isə əvvəllər məhkum olunmuş rayon sakinləri - narkotik vasitələrin qanunsuz dövriyyəsi və xuliqanlıq cinayətlərinə görə, 20 il məhkumluq həyatı yaşayan Polad Qəribov və Nicat Hacıyev saxlanılıb. Şəxsi axtarış zamanı saxlanılanların hər ikisindən külli miqdarda heroin aşkarlanıb.
Göyçay şəhəri ərazisində keçirilən digər əməliyyat zamanı isə daha 3 nəfər, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuşlar-Nəriman Rəhimov, Qabil Pirəliyev və Elvin Məmmədov tutulub. Onlardan bükümlərdə heroin və psixotrop maddə olan metamfetamin götürülüb. N.Rəhimov ifadəsində üzərindən aşkarlanan narkotik vasitələri sosial şəbəkədə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla 200 manata aldığını bildirib.
Faktlarla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.