
Senzor.az bildirir ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Teymur Bünyadovun dəfn mərasiminə əklil göndəriblər.
Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, mədəniyyət və ictimaiyyət nümayəndələri - AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, professor Qəzənfər Paşayev, akademik Şahin Mustafayev, filologiya elmləri doktoru Şirindil Alışanov, Milli Məclisin deputatları - Səməd Seyidov, akademik Nizami Cəfərov və digər şəxslər iştirak ediblər.
Xatırladaq ki, alim aprelin 8-də 95 yaşında vəfat edib.





