
Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, ötən gün də koronavirusdan ölüm halı qeydə alınmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 216 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 293 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib. 220 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 826, bu günə qədər isə ümumilikdə 6 739 008 test icra olunub.