Cəlilabad rayonunun 9 kəndinə telefon xətlərinin çəkilməməsi sakinlərin həm də internetdən istifadəsini məhdudlaşdırıb.
Bu barədə "Report"a yerli sakinlər məlumat veriblər.
Sakinlərin sözlərinə görə, rayonun bir sıra kəndlərində telefon xətləri bərbad vəziyyətdə olduğu üçün istifadəsi mümkün deyil: "Bu problem bir neçə ildir ki, davam edir. Rayonun Astanlı, Fərzili, Zopun, Abdullu, Suluçeşmə, Cəfərli, Cünəxanlı, Həsənli və Məşədi Hüseynli kəndlərinin ümumilikdə 5 000-dən çox əhalisi olsa da, cəmi 70-ə yaxın evə telefon və internet xətti çəkilib. Həmin xətlər də qırılaraq tökülüb. İnternet də demək olar, yox vəziyyətindədir".
Problemlə bağlı "Aztelekom" MMC-dən saytın sorğusuna cavab olaraq bildirilib ki, köhnəlmiş və istismar müddəti bitmiş mis naqillər yeni fiber-optik xətlərlə əvəz ediləcək: "MMC-nin Cənub Regional Filialının xidməti ərazisinə daxil olan Cəlilabad rayonunda 9 000-ə yaxın istifadəçi tutumlu şəbəkə üzərindən sakinlərə rabitə xidmətləri göstərilir. Sözügedən rayonda yeni yaşayış massivlərinin salınmasını və sakin artımını nəzərə alaraq burada telekommunikasiya infrastrukturunun yenilənməsi işlərinə başlamışıq. Hazırda GPON (Gigabyte Passive Optical Network – Qiqabit tutumlu passiv optik şəbəkə) texnologiyası əsasında optik layihə tətbiq edilən ərazilərdə köhnəlmiş və istismar müddəti bitmiş mis naqillər yeni fiber-optik xətlərlə əvəz edilir".