Elektrik enerjisindən istifadədə dəyişiklik edildi
Elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik edilib.
 
Senzor.az bildirir ki,  Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
 
Qərara əsasən, Qaydaların Mənzil Məcəlləsinə uyğunlaşdırılması məqsədilə mətn üzrə “yaşayış binaları” və “yaşayış evləri” sözlərindən əvvəl “xüsusi” sözünün çıxarılması nəzərdə tutulur;
 
Qaydalarda qeyri-müəyyənliyin və ziddiyyətin (uyğunsuzluğun) aradan qaldırılması üçün subyektlərə texniki şərtlərin verilməsi, yeni və ya yenidən quraşdırılmış elektrik qurğularının şəbəkəyə qoşulması, istifadə olunmasına icazə verilmiş gücün artırılması, enerjitəchizatı sxeminin dəyişdirilməsi və istismara buraxılmasının, habelə elektrik qurğularının texniki vəziyyətinə və istismarına görə nəzarət məslələrinin digər aktlarla tənzimləndiyi üçün həmin Qaydalara istinadlar verilib, həmçinin Qaydalarda qeyd olunan məsələləri tənzimləyən bəndlərin çıxarılması və yeni anlayışların daxil edilməsi nəzərdə tutulur.
 
Qaydaların mövcud redaksiyasında istehlakçıların hesablaşma elektrik sayğacları ilə təchiz edilməsi və onların quraşdırılması yerləri ilə bağlı qeyri-müəyyənliyin aradan qaldırılması, habelə sayğacların dövlət yoxlanılmasında istehlakçıların iştirakı, bu prosesin rəsmiləşdirilməsi, məişət abonentlərinə münasibətdə istifadə edilmiş elektrik enerjisinin haqqının ödənilməsi dövrü və s. üçün layihədə enerjitəchizatı müəssisəsinin vəzifələrinin dəqiq müəyyən edilməsi nəzərdə tutulur.
 
Qaydaların mövcud redaksiyasında istehlakçılar tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğaclarının zədələnməsi, sayğacların qoşulma sxemlərinin pozulması, habelə sayğacdan kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulması hallarında enerjitəchizatı müəssisəsinə vurulmuş zərərin dəqiq müəyyənləşdirilməsi məqsədilə müəddəaların təkmilləşdirilməsi nəzərdə tutulur.
 
Enerjitəchizatı müəssisəsi tərəfindən elektrik enerjisinin verilməsinin dayandırılması və bərpa edilməsi ilə bağlı əvvəlcədən istehlakçıların məlumatlardırılması, bu prosesin rəsmiləşdirilməsi nəzərdə tutulur.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.