
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, bununla belə, gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu yarımadada gecə 8-10°, gündüz 15-19°, Bakıda gecə 8-10°, gündüz 16-18° isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10°, gündüz 20-25° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti olacaq.