Zaqatalada baş verən qətlin bəzi təffəruatları məlum olub.
“Qafqazinfo”nun məlumatına görə, əri tərəfindən qətlə yetirilən Xavər Həsənova yaşadığı Yuxarı Çardaxlar kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləyib.
Qətli törədən Qılman Həsənov isə uzun müddət qonşu Rusiyada işləyib və evə bir müddət əvvəl qayıdıbmış. Ailənin bir qız, bir oğlan olmaqla azyaşlı iki övladı var.
Hadisə baş verən zaman uşaqlar ata babasıgildə olublar. Hadisənin ailə münaqişəsi zəmnində baş verdiyi bildirilir.
Meyitlər müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
**10:29
Zaqatala Rayon Prokurorluğu Çardaxlar kəndində kişinin arvadını və özünü öldürməsi barədə məlumat yayıb.
Senzor.az bildirir ki, məlumatda deyilir:
"Aprelin 17-si Zaqatala rayonu, Çardaxlar kəndi ərazisində 1985-ci il təvəllüdlü Qılman Həsənov və Xavər Həsənovanın yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla Xavər Həsənovanın əri Qılman Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Xavər Həsənovaya xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra özünə həmin alətlə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Hazırda cinayət işi üzrə istintaq davam edir".
Boğazı kəsilərək qətlə yetirilən Xavər Həsənovanın müəllim olduğu bildirilir. O, rayon məktəblərindən birinin ibtidai sinifində dərs deyirmiş.
**09:56
Zaqatala rayonunda iki nəfər qətlə yetirilib.
APA-nın verdiyi məlumata görə, hadisə səhər saatlarında rayonun Yuxarı Çardaxlar kəndində qeydə alınıb.
Məlumata görə, bir qadın və bir kişi öldürülüb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.