
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, axşam bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu yarımadada gecə 8-10°, gündüz 15-19°, Bakıda gecə 8-10°, gündüz 16-18° isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10°, gündüz 21-26° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.