
Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, ötən sutka koronavirusdan bir nəfər dünyasını dəyişib.
İndiyədək ölkədə ümumilikdə 792 362 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 516 nəfər müalicə olunaraq sağalıb, 9 706 nəfər vəfat edib, aktiv xəstə sayı 140 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 297, bu günə qədər isə ümumilikdə 6 769 897 test icra olunub.