Lənkəranda fermer və anası bıçaqlandı
Lənkəranda bıçaqlanma hadisəsi olub.
 
APA-nın məlumatına görə, hadisə gecə saatlarında rayonun Separadi kəndində yerləşən fermalardan birində baş verib.
 
Rayonun Tükəvilə kənd sakini, 2003-cü il təvəllüdlü Firqət Fuad oğlu Ağazadə rayonun Separadi kənd sakini, 1994-cü il təvəllüdlü Valeh Nadir oğlu Məmmədova məxsus fermaya gələrək həyətdə gizlənib. Bir müddətdən sonra F.Ağazadəni Valeh Məmmədovun anası, 1957-ci il təvəllüdlü Cəvahir Mürsəl qızı Məmmədova görüb.
 
Bu zaman F.Ağazadə özü ilə gətirdiyi bıçaqla C.Məmmədovanın üz və kürək nahiyəsinə 2 dəfə bıçaqla zərbə endirib. Anasının səsinə gələn Valeh Məmmədov da Firqət Ağazadənin hücumuna məruz qalıb və bıçaq xəsarətləri alıb. Sonra Firqət Ağazadə özünə bıçaqla xəsarət yetirib.
 
Hər üç şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Valeh Məmmədovun vəziyyəti ağır olduğundan əməliyyat alınıb. Firqət Ağazadə isə tibbi yardım edildikdən sonra polis şöbəsinə təhvil verilib.
 
Qeyd edək ki, Firqət Ağazadə daha əvvəl Valeh Məmmədovun fermasında iki gün fəhlə işləyib. Onun hansı səbəbdən belə bir addım atdığı hələlik məlum deyil.
 
Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.