
Senzor.az-ın məlumatına görə, o, bir neçə gün əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı təsdiqləyiblər.
Xatırladaq ki, rayonun icra başçısı Mehdi Səlimzadə bir müddət əvvəl işdən çıxarılıb. Daha sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qurumda yoxlamalara başlanılıb. Bir neçə vəzifəli şəxs dindirilib. Başçının köməkçisi Vahid İsayev həbs edilib.