Biləsuvarın Səmədabad kəndində bəzi evləri və həyətləri su basıb
FOTO
Biləsuvar rayonunun Səmədabad kəndində bəzi evləri və onların həyətyanı sahələrini su basıb.
 
Yerli sakinlərin "Report"a verdiyi məlumata görə, hadisəyə səbəb kəndin yuxarı hissəsində yaşayanları ötən ildən su ilə təmin edən yeni kanalın daşması olub.
 
Onlar bildiriblər ki, təsərrüfatlarına dəyən ziyan su arxının təmizlənməməsi və su ötürücü qurğuların normal olmaması ilə əlaqədardır.
 
Yeni çəkilən bu su kanalı hazırda kəndin yuxarı hissəsində 80-ə yaxın evin su təminatını ödəyir. Əvvəlki dövrlərdə buradakı evlərin su təminatı Mil-Muğan kanalından (əvvəl çəkilən - red.) olub. Son illər kanala yaxın ərazilərdə əkin dövriyyəsində 3000 hektara yaxın artımın olması suya tələbatı kəskin artırıb və suyun səviyyəsi azalıb. Kənd əhalisinin suya ehtiyacını ödəmək üçün ötən il yeni kanal çəkilib. Ancaq kəndin giriş hissəsində kanalın aşağı səviyyədə olması subasmaya səbəb olur.
 
Problemlə əlaqədar kəndin bələdiyyə sədri Əliislam Orucov bildirib ki, sakinlərin şikayəti haqlıdır: "Kənd sakinlərindən biri öz həyətyanı sahəsindəki əkini suvarmaq üçün vurulan bəndi açıb. Suyun həcmi çox olduğundan, kanal suyu ötürə bilməyib. Nəticədə 4 evin həyətyanı sahələrini su basıb. Məsələ aidiyyəti qurumlarla, icra nümayəndəliyi ilə birlikdə müzakirə olunub, yaxın vaxtlarda öz müsbət həllin tapacaq".





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.