Bakıda və Gəncədə Pasxa bayramı qeyd olunur
FOTO
Bu gün bütün pravoslav xristianlar Pasxa bayramını qeyd edirlər.
 

Senzor.az xatırladır ki, Pasxa İsa peyğəmbərin (ə) çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən xristian festival və bayramıdır. 
 
Azərbaycanda yaşayan provaslavlar da "Pasxa"nı dini təriqətlərinə uyğun qeyd edirlər.
 
Bakıda yaşayan pravoslav xristianlar ötən axşamdan kilsəyə toplaşaraq bütün gecəni dini ayinlər icra ediblər. Bu dini ayinlərdə böyüklərlə yanaşı, uşaqlar da iştirak ediblər. 
Gəncədə yaşayan pravoslavlar da Pasxa bayramını qeyd edirlər.

Məlumata görə, ölkənin qərb bölgəsində yaşayan pravoslavlar səhər saatlarından başlayaraq Gəncədəki Aleksandr Nevski kilsəsinə toplaşıb, İsa Məsihin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsini bayram ediblər.
 
Hər il olduğu kimi, bu il də ölkəmizdə daima sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə və Vətən müharibəsində şəhid olanların ruhuna dualar oxunulub. Şamlar yandırılıb, vacib sayılan bir sıra dini ayinlər icra edilib.
 
Qeyd edək ki, Gəncə şəhərində təxminən iki min nəfərə yaxın pravoslav məskunlaşıb. Qərb bölgəsində yeganə kilsə olan Aleksandr Nevski Rus Pravoslav Kilsəsi isə 1887-ci ildə inşa edilib və o dövrdən dini məbəd kimi fəaliyyət göstərir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.