Göyçayda evlərin həyətini kanalizasiya suyu basıb
FOTO
Göyçay rayonunun Şəhadət kəndində fərdi yaşayış evlərinin həyətyanı sahəsi çirkab suları altında qalıb.
 
APA-nın xəbərinə görə, rayonun Şəhadət kəndindən keçən Göyçay şəhərinin köhnə kanalizasiya borusundan axan çirkab suları Sahib Məmmədov, Niyazi Abdullayev, Vilayət Bağıyev, Rafael Hacıyev, Şaiq Abdullayev, Məcnun Rəhimov, Sakin Məmmədov, Qoşqar Bədəlov, Mətləb Əliyev və başqalarının həyətyanı sahəsini, meyvə bağlarını basıb, bir neçə evin zirzəmisinə su dolduğu üçün divarlarda çatlar əmələ gəlib.
 
Ziyan çəkən kənd sakinləri bildiriblər ki, kənddə bu cür acınacaqlı vəziyyət ötən 3 il ərzində tez-tez baş verir, hazırda həyətlərdə böyük su gölməçələri yaranıb, evlərə gedib-gəlmək çətinləşib, üfunət iyindən ərazidə yaşamaq dözülməz olub. Havalar isindiyi üçün hazırda kənddə pis qoxu yayılıb. Həyətyanı sahələrdən keçən köhnə kanalizasiya xəttinin bir kilometrlik hissəsi tam yararsız hala düşüb, mütəmadi olaraq borudan axan çirkab suları 20-dən çox ailənin təxminən 10 hektar torpaq sahəsini istifadəyə yararsız hala salıb, meyvə ağaclarını qurudaraq məhv edib.
 
Vətəndaşlar ötən 3 il ərzində dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini bildirsələr də, onların üzləşdiyi bu problemi həll edən olmayıb.
 
Məsələ ilə bağlı Göyçay rayon Su-Kanalizasiya İdarəsinin müdiri İlham Kərimov sayta bildirib ki, Göyçay şəhərinin su-kanalizasiya sistemi 2011-2015-ci illərdə yenidən qurulub, hazırda köhnə kanalizasiya borusundan istifadə olunmur və idarənin balansında deyil, bütün evlərin və obyektlərin kanalizasiya xətti təzə kəmərə qoşulub. Şəhadət kəndində həyətləri su basması ilə bağlı vətəndaşların müraciətinə baxılıb, su-kanalizasiya idarəsinin və rayon icra hakimiyyətinin nümayəndələri əraziyə baxış keçirib, problemin yaranma səbəbi ilə bağlı əhaliyə məlumat verilib.
 
Göyçay Rayon İcra Hakimiyyətinin Şəhadət kənd inzibati dairəsi üzrə nümayəndəsi Kərim Seyidov bildirib ki, məsələ ilə bağlı aparılan araşdırma zamanı məlum olub ki, Göyçay şəhərindən bu köhnə kəmərə kanalizasiya suyu axıdılmır. Şəhadət kəndinin yuxarı hissəsində yaşayan sakinlər həyətyanı sahələrini suvararkən səhlənkarlıq edir, kanalizasiya borusunun lyuk qapaqlarını açıq qoyurlar və həmin kəmərə su axır. Eləcə də kənddə bir neçə ailə sanitar qovşağın tullantı sularını bu köhnə kanalizasiya borusuna axıdır. Həmin su kəndin aşağı hissəsində borunun lyuk qapaqlarından çıxaraq həyətlərə dolur, vətəndaşlara ziyan vurur. Torpağın altında olan köhnə beton kanalizasiya borusunun sökülərək həyətlərdən çıxarılması üçün isə küllü miqdarda vəsait tələb olunur. Ona görə bu problemin həlli yaxın vaxtda mümkün deyil.
 
Həyətlərə dolan çirkab sularından əziyyət çəkən vətəndaşlar isə yüzlərlə ağacın qurumasına görə, evlərin divarlarının çatlamasına görə onlara dəymiş küllü miqdarda maddi ziyanın ödənilməsini tələb edirlər.
Göyçayda evlərin həyətini kanalizasiya suyu basıb - FOTO

Göyçayda evlərin həyətini kanalizasiya suyu basıb - FOTO

Göyçayda evlərin həyətini kanalizasiya suyu basıb - FOTO

Göyçayda evlərin həyətini kanalizasiya suyu basıb - FOTO









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.