Dünən metro tunelində qaçan qızlar bacı imiş...
““TikTok” ÇƏKİRDİK”
Ötən gün metronun “20 Yanvar” stansiyasında platformadan relslərin üzərinə tullanaraq tunel istiqamətinə qaçan qızlar sərbəst buraxılıb.
 
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yetkinlik yaşına çatmayan qızların iki bacı olduğu müəyyən edilib. İlkin araşdırmalar zamanı bəlli olub ki, qızlar tuneldə "TikTok" sosial şəbəkəsində paylaşmaq üçün video çəkməyi planlaşdırıblar. Belə ki, onlar qatarın yaxınlaşdığı anda qaça-qaça video çəkərək həmin görüntüləri səhifələrində yerləşdirməyi düşünüblər. Lakin qızlar tunel istiqamətinə qaçan kimi dərhal saxlanılıblar və Bakı Metropolitenində Polis İdarəsinə aparılıblar.
 
İdarədə qızların şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, onlar Sumqayıtda yaşayırlar və ataları Türkiyə vətəndaşı İ.K-dır. Qızların valideyni idarəyə dəvət edilib, daha sonra onların izahatları alınaraq sərbəst buraxılıblar.
 
Qeyd edək ki, hadisə zamanı dərhal “20 Yanvar-İnşaatçılar” mənzilindən yüksək gərginlik çıxarılıb. Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə müşayiətlə “20 Yanvar” stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub. Bu hadisə səbəbindən xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.