Ramazan bayramı günlərində temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
İstirahət və bayram günlərində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
 
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, aprelin 30-u gündüz, mayın 1-də Bakıda və Abşeron yarımadasında gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Şimal-qərb küləyi arabir 15-18 m/s olacaq. Havanın temperaturu 20-24°-dək isti olacağı gözlənilir.
 
Mayın 2-3-də isə havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° enərək 18°-yə yaxın olacaq. Güclü şimal-qərb küləyinin maksimal sürəti bəzi ərazilərdə arabir 23-28 m/s-yə çatacaq.
 
Respublikanın bölgələrində də hava şəraiti yağıntılı olacaq.
 
Naxçıvan Muxtar Respublikasında
 
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mayın 1-2-də ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər zəif duman olacaq.
 
Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, 2-də ayrı-ayrı yerlərdə arabir 23 m/s-dək güclənəcək.
 
Havanın temperaturu gecə 10-15°, gündüz 20-25° isti olacaq.
 
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında
 
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, 02-də ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək.
 
Havanın temperaturu gecə 3-8°, gündüz 12-17° isti olacaq.
 
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında
 
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, 02-də ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 1-6°, gündüz 10-15° isti olacaq.
 
Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında
 
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mayın 1-2-də ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq.
 
Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, 02-də ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək.
 
Havanın temperaturu gecə 10-15°, gündüz 18-23° isti olacaq.
 
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
 
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 
 
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, 02-də ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. 
 
Havanın temperaturu gecə 8-13°, gündüz 15-20°, dağlarda gecə 0-4°, gündüz 4-8° isti olacaq.
 
Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
 
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mayın 2-si axşam, 3-də ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq.
 
Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, 2-də ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. 
 
Havanın temperaturu gecə 12-16°, gündüz 19-24° isti olacaq.
 
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
 
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Aprelin 30-da ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Şimal-şərq küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
 
Havanın temperaturu gecə 11-13°, gündüz 18-23°, dağlarda gecə 8-10°, gündüz 14-16° isti olacaq.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.